Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bu küçədəki nişanlama çaqınlıq yaradır? - AYNA açıqlama verdi
Ana Sayfa > Karusel / İnfrastruktur > Bu küçədəki nişanlama çaqınlıq yaradır? - AYNA açıqlama verdi

Bu küçədəki nişanlama çaqınlıq yaradır? - AYNA açıqlama verdi


Bu gün, 16:36. Yazar: Admin

bu-kucedeki-nisanlama-caqinliq-yaradir

Bakı şəhərinin Xətai rayonu ərazisinin Nəcəfqulu Rəfiyev küçəsində xətlənmə çaşqınlıq yaradıb.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı sürücülər sosial şəbəkədə paylaşım edib.

Belə ki, sürücülərdən biri yeni xətlənmənin onları çaşdırdığını, hərəkətin davamlılığının pozulduğunu bildirib.

Məsələyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) münasibət bildirib:

“Nəcəfqulu Rəfiyev küçəsi və Xocalı prospektinin kəsişməsində əvvəllər 2 zolaq mövcud idi. Hər iki istiqamət üzrə zolaqların enini standartlara uyğunlaşdırmaqla sayı 2-dən 3-ə çatdırılıb və avtomobillərin intensivliyinə uyğun zolaqların istiqamətləri müəyyən edilib. Bu həll sözügedən küçədə sıxlığı azaltmağa kömək edib.

Videoda da göründüyü kimi, ərazidə “zolaqlar üzrə hərəkət” yol nişanı quraşdırılıb”.


Geri dön