Ana Sayfa > Karusel / Dünya > Rusiyanın çayda buzların hərəkətə başlaması nəticəsində axın 10 gəmini aparıb

Rusiyanın çayda buzların hərəkətə başlaması nəticəsində axın 10 gəmini aparıb


Bu gün, 16:34. Yazar: Admin

Rusiyanın çayda buzların hərəkətə başlaması nəticəsində axın 10 gəmini aparıb

Rusiyanın Yakutiya vilayətində yerləşən İndiqirka çayında buzların qəfil hərəkətə başlaması nəticəsində 10 gəmi sahildən ayrılaraq axına qoşulub .

Qarabaginfo.az xəbər verir ki, bu barədə Yakutiya Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, buz axınının qəfil başlaması nəticəsində gəmiləri sahildə saxlayan troslar və lövbər zəncirləri qırılıb.

Gəmilərdən 5-i Lena Hövzəsi Daxili Su Yolları Administrasiyasına, digər 5-i isə LORP gəmiçilik şirkətinə məxsusdur.

Nazirlik bildirib ki, vəziyyət Yakutiya hökumətinin nəzarətindədir. Hadisə barədə səlahiyyətli qurumlara məlumat verilib və müvafiq tədbirlər görülür.

 


Geri dön