Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib

Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib


Bu gün, 16:08. Yazar: Admin

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçə təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan ilə Xorvatiya arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, konstruktiv dialoqumuzun davam etdirilməsi, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".


Geri dön