Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp İrandan tələblərini açıqlayıb, son qərarını verəcəyini deyib
Ana Sayfa > Karusel / Dünya > Tramp İrandan tələblərini açıqlayıb, son qərarını verəcəyini deyib

Tramp İrandan tələblərini açıqlayıb, son qərarını verəcəyini deyib


Bu gün, 09:10. Yazar: Admin

ABŞ prezidenti Donald Tramp

 

ABŞ prezidenti Donald Tramp İrandan tələblərini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, o bu barədə “Truth Social” hesabında yazıb.

Tramp ilkin şərt kimi, İranın heç vaxt nüvə silahına sahib olmamaqla razılaşması önə sürülüb.

Bundan başqa, Hörmüz boğazının hər iki istiqamətdə, rüsum tətbiq olunmadan bütün gəmilər üçün açılması, eləcə də dəniz minalarının təmizlənməsi qeyd olunub.

O bildirib ki, indiyə qədər ABŞ donanması minaları partlatmaq üsulu ilə təmizləyib, yerdə qalanları isə İran tərəfindən təmizlənməlidir.

ABŞ prezidenti qeyd edib ki, şərtlər ödənildikdən sonra, dəniz blokadası ləğv olunacaq və gəmilər öz ölkələrinə qayıda biləcəklər.

Bundan başqa, İranın zənginləşdirilmiş uran maddəsi İranla və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə koordinasiya çərçivəsində yerin altınnda saxlanıldığı məkandan çıxarılacaq.

“Növbəti xəbərdarlığa qədər heç bir pul mübadiləsi olmayacaq. Daha az əhəmiyyətə malik digər məsələlər üzrə razılığa gəlinib. İndi mən son qərarı vermək üçün iclas otağında olacağam”, - Tramp qeyd edib.


Geri dön