Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ ordusu Hörmüz boğazında minaların olduğunu təsdiqləmir
Ana Sayfa > Karusel / Dünya > ABŞ ordusu Hörmüz boğazında minaların olduğunu təsdiqləmir

ABŞ ordusu Hörmüz boğazında minaların olduğunu təsdiqləmir


Bu gün, 08:38. Yazar: Admin

ABŞ ordusu Hörmüz boğazında minaların olduğunu təsdiqləmir

ABŞ ordusu kəşfiyyat hesabatlarını və ölkə rəhbərliyinin İranın Hörmüz boğazında mina yerləşdirdiyinə dair iddialarını təsdiqləyə bilmir.

Bu barədə “NBC News” telekanalı mənbələrə istinadən məəlumat yayıb.

ABŞ kəşfiyyatı, İranın fevralın sonlarında hərbi münaqişə başlamazdan əvvəl və ya ilk günlərində boğaza mina yerləşdirdiyinə inanır.

Kanal qeyd edir ki, ABŞ prezidenti Donald Tramp və ABŞ rəsmiləri müntəzəm olaraq Tehranın su yoluna mina yerləşdirə biləcəyini bildiriblər.

“NBC News” qeyd edir ki, ABŞ ordusu mina axtarışı üçün dəfələrlə bölgəyə pilotsuz sualtı nəqliyyat vasitələri və PUA-lar göndərib. Ərazidə minaya bənzər bir neçə obyekt tapılsa hələlik onların mina olduğu təsdiqlənməyib.


Geri dön