Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukrayna və Kanada PUA-ların birgə istehsalına başlayır
Ana Sayfa > Karusel / Dünya > Ukrayna və Kanada PUA-ların birgə istehsalına başlayır

Ukrayna və Kanada PUA-ların birgə istehsalına başlayır


Bu gün, 08:26. Yazar: Admin

Ukrayna və Kanada PUA-ların birgə istehsalına başlayır

Ukrayna və Kanada arasında müdafiə sənayesi əməkdaşlığı gücləndirilir. Belə ki, Kanadada Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün yeni layihəyə start verilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, layihə Kanadada Ukrayna kəşfiyyat dronlarının istehsalına başlamağı nəzərdə tutur. Dronlar Ukrayna Müdafiə Qüvvələrinə tədarük ediləcək.

Ukrayna və Kanada Müdafiə Nazirliklərinin nümayəndələri müvafiq müqaviləni imzalayıblar.

Müqavilə Ukraynanın müdafiə texnologiyaları şirkəti “Airlogix” və Kanadanın PUA istehsalçısı “Sentinel Research and Development” arasında yeni bir birgə müəssisə olan “Airlogix-Sentinel”in qurulmasını nəzərdə tutur.


Geri dön