Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İran parlamentinin sədri: Razılaşma üçün ilk addımı ABŞ atmalıdır
Ana Sayfa > Karusel / Region > İran parlamentinin sədri: Razılaşma üçün ilk addımı ABŞ atmalıdır

İran parlamentinin sədri: Razılaşma üçün ilk addımı ABŞ atmalıdır


Bu gün, 17:59. Yazar: Admin

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf

 

İran ABŞ-dan əvvəl heç bir addım atmayacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf “X” hesabında yazıb.

O bildirib ki, rəsmi Tehranın sözlərə və zəmanətlərə etimadı yoxdur.

Qalibaf ilk addımın ABŞ-dan gözlənildiyini qeyd edib və İranın ABŞ addım atmazdan əvvəl heç bir iş görməyəcəyini vurğulayıb.

“Biz imtiyazları raketlər vasitəsilə alırıq, danışıqlar yolu ilə yox. Danışıqlarda bu imtiyazları qarşı tərəfə başa salırıq”, - parlament sədri qeyd edib.

Qeyd edək ki, İran və ABŞ arasında vasitəçilər yolu ilə danışıqlar gedir. Lakin hələlik yekun razılaşma əldə olunmayıb


Geri dön