Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Prezidentdən Asəf Hacıyevlə bağlı - Sərəncam
Ana Sayfa > Karusel / Siyasət > Prezidentdən Asəf Hacıyevlə bağlı - Sərəncam

Prezidentdən Asəf Hacıyevlə bağlı - Sərəncam


Bu gün, 13:04. Yazar: Admin

prezidentden-asef-haciyevle-bagli

Prezident İlham Əliyev Asəf Hacı oğlu Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, dövlət başçısının Sərəncamına əsasən, A. Hacıyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafındakı böyük xidmətlərinə görə bu yüksək mükafata layiq görülüb.

Xatırladaq ki, bu gün tanınmış alim və ictimai xadimin 75 yaşı tamam olur. O, Azərbaycan Milli Məclisinin I, II və III çağırış deputatı kimi uzunmüddətli parlament fəaliyyəti göstərib.

Görkəmli alim hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Baş katibi vəzifəsini icra edir.


Geri dön