Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Aİ lideri Rusiyanın dron hadisəsi ilə bağlı "qırmızı xətti" keçdiyini bildirib
Ana Sayfa > Karusel / Dünya > Aİ lideri Rusiyanın dron hadisəsi ilə bağlı "qırmızı xətti" keçdiyini bildirib

Aİ lideri Rusiyanın dron hadisəsi ilə bağlı "qırmızı xətti" keçdiyini bildirib


Bu gün, 10:53. Yazar: Admin

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen

 

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Rusiyanı Rumıniya ərazisinə dron hücumu həyata keçirməkdə ittiham edib.

Qarabaginfo.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Fon der Leyenin sözlərinə görə, Rusiyanın pilotsuz uçuş aparatı Rumıniyada sıx məskunlaşmış əraziyə düşərək mülki şəxslərin yaralanmasına səbəb olub.

“Rusiyanın təcavüzkar müharibəsi daha bir qırmızı xətti keçib. Bu hadisə Avropa İttifaqı ərazisində baş verib”, – deyə o vurğulayıb.

Avropa Komissiyasının Prezidenti Avropa İttifaqının Rumıniya və onun xalqı ilə tam həmrəy olduğunu bildirib.

O qeyd edib ki, Aİ xüsusilə şərq sərhədlərində təhlükəsizlik və çəkindirmə tədbirlərini gücləndirməklə yanaşı, Rusiyaya təzyiqi də artıracaq.

Fon der Leyen əlavə edib ki, Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini hazırlayır.


Geri dön