Ana Sayfa > Karusel / Dünya > ABŞ Raul Kastronu mühakimə etmək istəyir

ABŞ Raul Kastronu mühakimə etmək istəyir


29-05-2026, 08:14. Yazar: Admin

Kuba inqilabının liderlərindən biri Raul Kastro

 

ABŞ Ədliyyə Nazirliyinin rəhbəri və baş prokuror vəzifəsini icra edən Todd Blanş Kuba inqilabının liderlərindən biri Raul Kastronun ABŞ məhkəməsi qarşısına çıxarılması üçün bütün imkanlardan istifadə edəcəklərini bildirib.

O, “Fox News”a müsahibəsində deyib ki, Vaşinqton bu məqsədə nail olmaq üçün bütün hüquqi vasitələri nəzərdən keçirir.

Blanş qeyd edib ki, belə hallarda əsasən ekstradisiya və beynəlxalq əməkdaşlıq mexanizmlərindən istifadə olunur.


Geri dön