ABŞ İranın sanksiya altında olan dövlət aviaşirkətləri ilə əməkdaşlıq edənlərə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə biləcəyini açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə naziri Skott Bessent bildirib.
Nazir deyib ki, həmin aviaşirkətlərə yanacaq verən, bilet satan və ya hava limanı xidmətləri göstərən şəxslər də sanksiya riski ilə üzləşə bilər.
Onun sözlərinə görə, Vaşinqton İranın dövlət aviaşirkətlərini “qanundankənar fəaliyyət göstərən qurumlar” hesab edir.
