Ana Sayfa > Karusel / Dünya > Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb

Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb


29-05-2026, 07:50. Yazar: Admin

Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb

Finlandiyanın xarici işlər naziri Elina Valtonen Rusiyanı Ukraynada dərhal atəşkəs elan etməyə və Avropaya danışıqlar masasında yer verməyə çağırıb.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

“Avropanın Ukrayna üzrə danışıqlarda rolu olmalıdır. Amma neytral vasitəçi kimi yox, öz maraqları olan tərəf kimi”, – deyə Valtonen bildirib.

Nazir həmçinin Moskvadan tam atəşkəs tələb edib.

Bundan əvvəl “Politico” nəşri Avropa ilə Rusiya arasında mümkün danışıqlarda vasitəçi roluna Avropa Şurasının rəhbəri Antonio Koşta, Avropa Komissiyasının sabiq sədri Jan-Klod Yunker və Finlandiyanın keçmiş prezidenti Sauli Niinistönün namizədliyinin nəzərdən keçirildiyini yazmışdı.


Geri dön