Ana Sayfa > Karusel / Dünya > ABŞ Ukrayna üzrə danışıqlarda rol almağa hazır olduğunu bildirib

ABŞ Ukrayna üzrə danışıqlarda rol almağa hazır olduğunu bildirib


29-05-2026, 07:49. Yazar: Admin

ABŞ Ukrayna üzrə danışıqlarda rol almağa hazır olduğunu bildirib

ABŞ BMT-də Ukrayna münaqişəsinin nizamlanması prosesində konstruktiv rol oynamağa hazır olduğunu bəyan edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Temmi Bryus Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Vaşinqton tərəfləri gərginliyi azaltmağa və vicdanlı danışıqlar aparmağa çağırır.

Bryus vurğulayıb ki, hər iki tərəfdən real siyasi iradə olacağı təqdirdə ABŞ prosesdə iştirak etməyə hazırdır.


Geri dön