Rusiya mayın 30-dan etibarən Ermənistandan pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələk idxalını məhdudlaşdıracaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.
Qeyd edək ki, bundan öncə Rusiya Ermənistandan gül, bir neçə adda konyak və şərab, həmçinin "Cermuk" mineral suyunun idxalını və satışını qadağan edib.