Ukrayna 56 xarici dövlətin Rusiyaya qarşı olduğu döyüş meydanına çevrilib.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibi Sergey Şoyqu təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli nümayəndələrin beynəlxalq görüşündə bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Moskvaya qarşı yönəlmiş hərbi-siyasi bloka çevrilib.
Şoyqu Fransanın öz nüvə silahlarını digər ölkələrdə yerləşdirməklə bağlı iş apardığını və bunun qəbuledilməz olduğunu söyləyib.
Rusiya TŞ katibi bir çox ölkənin nüvə silahlarını yeganə "təhlükəsiz liman" kimi görməyə başladığını bildirib.