Ana Sayfa > Karusel / Dünya > “Total” şirkəti: Hörmüz boğazı açılsa belə, ticarət əvvəlki modelə qayıda bilməyəcək

“Total” şirkəti: Hörmüz boğazı açılsa belə, ticarət əvvəlki modelə qayıda bilməyəcək


Bu gün, 15:54. Yazar: Admin

“Total” şirkəti: Hörmüz boğazı açılsa belə, ticarət əvvəlki modelə qayıda bilməyəcək

Fransanın “Total Energies” şirkəti Fars körfəzində yerləşən Yaxın Şərq ölkələrindən neftin Hörmüz boğazından yan keçməklə daşınması üçün infrastrukturun yaradılmasına investisiya yatırmağa hazır olduğunu bildirib.

Bu barədə şirkətin rəhbəri Patrik Puanye “Le Figaro” qəzetinə verdiyi müsahibədə məlumat verib.

Onun sözlərinə görə, dünya hazırda fiziki neft qıtlığı və hasilatın artırılmasının məhdudluğu problemi ilə üzləşib, çünki əsas istehsal gücləri Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində cəmləşib. Dünya liderləri Fars körfəzindəki Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələrindən kənarda yetərli ehtiyatların mövcud olmamasını qəbul etməlidirlər.

Patrik Puanye həmçinin bildirib ki, Hörmüz boğazının blokadası gələcəkdə aradan qaldırılsa belə, ticarət əvvəlki modelinə qayıda bilməyəcək.

Bu fonda onun fikrincə, neft və neft məhsulları istehsal edən ölkələr regionda logistik zəncirlərin gücləndirilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirməlidirlər.


Geri dön