Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Peter Pelleqrini Prezident İlham Əliyevi təbrik edib
Ana Sayfa > Karusel / Siyasət > Peter Pelleqrini Prezident İlham Əliyevi təbrik edib

Peter Pelleqrini Prezident İlham Əliyevi təbrik edib


Bu gün, 15:52. Yazar: Admin

Prezident İlham Əliyev, Slovakiya Prezidenti Peter Pelleqrini

 

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Qarabaginfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Müsəlman dünyasında ilk demokratik respublikanın yaradılması günü kimi qeyd edilən bu əlamətlər bayram Azərbaycan xalqı üçün azadlıq, suverenlik və tərəqqi rəmzidir.

Slovakiya Respublikası Azərbaycan Respublikası ilə yaxşı səviyyədə olan ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndirir. Ötən ilin dekabr ayında Zati-alinizin Slovakiyaya ilk rəsmi səfəri ilə ölkələrimiz arasında əlaqələr əhəmiyyətli dərəcədə möhkəmlənmişdir.

Mən Sizin gözəl ölkənizə tezliklə baş tutacaq rəsmi səfərimi səbirsizliklə gözləyirəm. Əminəm ki, ən yüksək səviyyədə qarşılıqlı səfər mübadiləsi əlaqələrimizi daha da dərinləşdirəcək, enerji, nəqliyyat, investisiyalar və mədəniyyət sahələrində əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, şəxsi rifah və ali dövləti vəzifənizdə yeni müvəffəqiyyətlər arzularımı qəbul etməyinizi xahiş edirəm.

Eyni zamanda, Sizə, eləcə də bütün Azərbaycan xalqına davamlı uğurlar, əmin-amanlıq və firavanlıq arzulayıram.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”.


Geri dön