Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
Ana Sayfa > Karusel / Dünya > SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib

SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib


Bu gün, 15:48. Yazar: Admin

SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib

Son 24 saat ərzində İranın icazəsi ilə Hörmüz boğazından 26 gəmi keçib.

Qarabaginfo.az məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri açıqlama yayıb.

Açıqlamada ötən gecə bir neçə gəminin qeyri-qanuni şəkildə, naviqasiya sistemlərini söndürmək və ya manipulyasiya etməklə Fars körfəzinə daxil olmağa cəhd etdiyi bildirilib.

Qeyd olunub ki, Hərbi Dəniz Qüvvələrinin radio xəbərdarlıqlarından sonra iki gəmi dayandırılıb, digərləri isə geri qayıtmağa məcbur olub.

Açıqlamada vurğulanıb ki, Hörmüz boğazından keçid üçün icazə və koordinasiya mütləq şərtdir və bu qaydanın pozulması müdaxilə kimi qiymətləndiriləcək.

Bildirilib ki, Hörmüz boğazının idarə edilməsi və nəzarət yalnız SEPAH Hərbi Dəniz Qüvvələrinin səlahiyyətindədir və istənilən pozuntu ciddi cavabla qarşılanacaq.

SEPAH həmçinin gecə baş verən hadisələrə də münasibət bildirib. Qeyd olunub ki, ABŞ ordusu atəşkəsi pozaraq, Bəndər-Abbas aeroportu ətrafında boş ərazilərə bir neçə mərmi atıb. Qurumun məlumatına görə, bu hücum nəticəsində insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb. Cavab olaraq isə hücumun mənbəyi olan ABŞ qüvvələrinin hərbi hava bazasına zərbə endirilib. Sonda o da qeyd olunub ki, bu cür hallar təkrarlanacağı təqdirdə, İranın cavabı daha sərt olacaq.


Geri dön