Ana Sayfa > Karusel / Siyasət > Kallas Rusiyaya Ukrayna ilə bağlı danışıqlar üçün şərt qoyub
Kallas Rusiyaya Ukrayna ilə bağlı danışıqlar üçün şərt qoyubBu gün, 12:39. Yazar: Admin |
|
Əgər Ukraynadan orduya məhdudiyyətlər tələb olunursa, eyni qaydalar Rusiya üçün də tətbiq edilməlidir. Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə bildirib. “Danışıqlarda Ukraynaya qarşı irəli sürülən hər hansı hərbi məhdudiyyətlər Rusiyaya da eyni şəkildə şamil olunmalıdır”, - o vurğulayıb. Onun sözlərinə görə, bu, Aİ-nin Moskva ilə mümkün danışıqlarda irəli sürəcəyi əsas şərtlərdən biridir. Geri dön |