Ana Sayfa > Karusel / Dünya > Şimali Koreya süni intellektli qanadlı raketlərini sınaqdan keçirib

Şimali Koreya süni intellektli qanadlı raketlərini sınaqdan keçirib


Bu gün, 13:20. Yazar: Admin

Şimali Koreya lideri Kim Çen In

 

Şimali Koreya Cənubi Koreya sərhədi yaxınlığında yerləşdiriləcək süni intellektlə idarə olunan ballistik və kruz raketlərini, eləcə də artilleriya mərmilərini sınaqdan keçirib.

Bu barədə Şimali Koreyanın KCNA agentliyi məlumat yayıb.

Sınaqlarda taktiki ballistik raketlərin “xüsusi missiyalı başlıqlar”ının potensialı ölçülüb və uzunmənzilli artilleriya mərmilərinin, süni intellektlə idarə olunan kruz raketlərinin dəqiqliyi hesablanıb.

Şimali Koreya lideri Kim Çen In sınaqlar vasitəsilə sözügedən silahların müasir döyüş şəraitinə uğurla adaptasiya edilməsinin nümayiş etdirildiyini vurğulayıb.


Geri dön