Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Çexiya lideri: Ukraynaya sursat tədarükü proqramında iştirak edən ölkələrin sayı azalıb
Ana Sayfa > Karusel / Siyasət > Çexiya lideri: Ukraynaya sursat tədarükü proqramında iştirak edən ölkələrin sayı azalıb

Çexiya lideri: Ukraynaya sursat tədarükü proqramında iştirak edən ölkələrin sayı azalıb


Bu gün, 09:31. Yazar: Admin

Çexiya Prezidenti Petr Pavel

 

Ukraynaya sursat tədarük edən ölkələrin koalisiyası iki dəfə azalıb.

Bunu Çexiya Prezidenti Petr Pavel “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, təşəbbüs fəaliyyətini davam etdirsə də, hazırda maliyyə töhfəsi verən ölkələrin sayı təxminən doqquzdur. Halbuki ötən il bu proqramı 18 ölkə maliyyələşdirirdi.

Pavel qeyd edib ki, proqram çərçivəsində Ukraynaya bütün iriçaplı sursatların təxminən 50 faizi çatdırılır.

Çexiya prezidentinin ofisi təşəbbüsdən çıxan ölkələrin adlarını açıqlamayıb.


Geri dön