Ana Sayfa > Karusel / Sosial > “Lider”də Dövlət Yol Polisinə sual
“Lider”də Dövlət Yol Polisinə sual9-01-2018, 21:16. Yazar: Admin |
“Lider” telekanalının efirində yayımlanan “Status” proqramında yol polisinin hərəkətləri kəskin tənqid olunub.
“Lider” telekanalının efirində yayımlanan “Status” proqramında yol polisinin hərəkətləri kəskin tənqid olunub. "Qarabaginfo" “Qafqazinfo.az”ya istinadən xəbər verir ki, proqramın həmin buraxılışı Bakının küçələrindən tələb olunan qaydada dayanmayan avtomobilləri aparan evakuator xidmətinin işinə həsr edilib. Bakı Şəhər Yol Polisi İdarəsi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Əsədovun iştirak etdiyi verilişdə qonaqlardan biri bildirib ki, Hesablama Palatasının məlumatlarına əsasən, evakuator xidmətinin fəaliyyəti nəticəsində 2016-cı ildə ölkənin büdcəsinə cəmi 42 080 manat vəsait keçirilib. Dövlət Yol Polisinə təklif edilib ki, avtomobillərin təxliyəsindən imtina olunsun və səhv dayanma üçün cərimə-bildiriş sadəcə avtomobillərin şüşəsinə qoyulsun. Bununla da cərimələrdən toplanan bütün vəsait ölkənin büdcəsinə keçərdi. DYP mətbuat xidmətinin başçısı Vaqif Əsədov isə buna cavab olaraq deyib ki, Bakı sakinləri hələ o şüurda deyillər ki, yol polisi avtomobillərin təxliyəsindən tamamilə imtina etsin. Geri dön |