Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Mən sənin güzgünəm, mən sənin əksin...”
Ana Sayfa > Karusel / Mədəniyyət > “Mən sənin güzgünəm, mən sənin əksin...”

“Mən sənin güzgünəm, mən sənin əksin...”


Bu gün, 20:36. Yazar: Admin

men-senin-guzgunem-men-senin-eksin

Leyla Əliyeva instaqram səhifəsində yeni şeirini paylaşıb.

Qarabaginfo.az həmin şeiri təqdim edir:

Mən sənin əzabın, tale sirrinəm.
Mən sənin dərdinəm, sənin seçimin,
Naləli göz yaşın, lənət səsinəm.

Sənin düşüncənəm, sənin hisslərin,
Sənin qorxuların, acı utancın.
Sakit bir ismətəm, coşqun ehtiras,
Mərhəmət ümmanı, nisgil çayıyam!

Həm mərhəmətinəm, həm qəddarlığın,
Həm sənin dərindən dərin olanın.
Həm səxavətinəm, həm hərisliyin,
Ehtirasla sevib nifrət etdiyin!

Mən sənin varlığın, oyanan ruhun,
Ömür bildiyimiz o sakit yuxun.
Mən sənin güzgünəm, mən sənin əksin,
Duyursan qəlblərin bir vuran səsin?!

Şeir: Leyla Əliyeva
Tərcümə: Sevinc Əliyeva

 

 


 


Geri dön