Ana Sayfa > Karusel / Dünya > ABŞ THAAD raketlərinin 50%-ni İsrailin müdafiəsinə xərcləyib

ABŞ THAAD raketlərinin 50%-ni İsrailin müdafiəsinə xərcləyib


Bu gün, 07:35. Yazar: Admin

ABŞ THAAD raketlərinin 50%-ni İsrailin müdafiəsinə xərcləyib

ABŞ İrana qarşı hərbi əməliyyatların aktiv mərhələsində THAAD sistemlərinə aid raketlərin yarısını İsrailin müdafiəsinə xərcləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Washington Post“ (WP) qəzeti məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyinin məxfi hesabatına görə, ABŞ İsraili müdafiə etmək üçün 200-dən çox THAAD tutucu raketindən istifadə edib.

Bu isə Pentaqonun bütün inventarının təxminən yarısını təşkil edir.

Bundan əlavə, məqalədə ABŞ İsraili müdafiə etmək üçün Aralıq dənizinin şərqindəki gəmilərdən buraxılan 100-dən çox SM-3 və SM-6 raketindən istifadə edib.


Geri dön