Ana Sayfa > Karusel / Dünya > ABŞ səfiri: Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib

ABŞ səfiri: Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib


Bu gün, 07:13. Yazar: Admin

ABŞ səfiri: Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib

ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Danimarkadakı səfiri Kennet Houeri məlumat verib.

"Prezident artıq güc tətbiq etməyi düşünmür. Qrenlandiyanın gələcəyini Qrenlandiyalıların özləri müəyyən etməlidir", - diplomat bildirib.

O, Qrenlandiya işçi qrupunun həm Trampın təhlükəsizlik narahatlıqlarını, həm də Qrenlandiya və Danimarkanın fikirlərini nəzərə alan bir həll yolu əldə edəcəyinə inandığını deyib.

O qeyd edib ki, bu həll yolu eyni zamanda Qrenlandiyalılara geniş iqtisadi imkanlar təqdim etməlidir.


Geri dön