Ana Sayfa > Karusel / Sosial > Xırdalanda dağıntılar altından çıxarılmış şəxslərdən 5-i evə buraxıldı

Xırdalanda dağıntılar altından çıxarılmış şəxslərdən 5-i evə buraxıldı


26-01-2021, 10:53. Yazar: Admin

 

Xırdalanda dağıntılar altından çıxarılmış şəxslərdən 5-i evə buraxıldı - SİYAHI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ötən gün Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan şəxslərin səhhəti barədə açıqlama verib.

Qarabaginfo.az xəbər verir ki, TƏBİB-dən "Report"un" sorğusuna cavab olaraq qeyd bildirilib ki, ötən gün Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Emil Əliyev, Arif Hüseynov, 11 yaşlı Firuddin Musayev, Simayə Ələzova, Xədicə Şükürzadənin vəziyyətləri yaxşı olduğundan evə buraxılıblar.

Partlayış zamanı ağır bədən xəsarətləri alan Vüsal Musayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.


Geri dön