Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kuba lideri ABŞ-ın Raul Kastroya qarşı ittihamlarını rədd edib
Ana Sayfa > Karusel / Dünya > Kuba lideri ABŞ-ın Raul Kastroya qarşı ittihamlarını rədd edib

Kuba lideri ABŞ-ın Raul Kastroya qarşı ittihamlarını rədd edib


21-05-2026, 08:38. Yazar: Admin

Kuba Prezidenti Migel Dias-Kanel

 

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ hökumətinin Kuba inqilabının liderlərindən biri Raul Kastroya qarşı irəli sürdüyü ittihamların hüquqi əsasının olmadığını bildirib.

Qarabaginfo.az-ın məlumatına görə, o, "X" hesabında yazıb ki, bu addım Vaşinqtonun Kubaya qarşı mümkün hərbi aqressiyasını əsaslandırmaq məqsədi daşıyır.

Dias-Kanelin sözlərinə görə, ABŞ tərəfindən irəli sürülən ittihamlar tamamilə siyasi xarakter daşıyır və heç bir hüquqi baza üzərində qurulmayıb. O əlavə edib ki, Raul Kastro Kuba xalqının sevgisini və beynəlxalq aləmdə böyük hörmət qazanmış şəxsdir.

Kuba lideri həmçinin 1996-cı ildə “Brothers to the Rescue” təşkilatına aid təyyarələrlə bağlı hadisələrin Vaşinqton tərəfindən təhrif edildiyini iddia edib.


Geri dön