Ana Sayfa > Karusel / Dünya > ABŞ və İran arasında növbəti danışıqlar iyunun əvvəlində keçirilə bilər

ABŞ və İran arasında növbəti danışıqlar iyunun əvvəlində keçirilə bilər


Dünən, 23:34. Yazar: Admin

Picture background

ABŞ və İran arasında növbəti danışıqlar raundu iyunun əvvəlində baş tuta bilər.

Bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, görüşün Həcc mövsümündən sonra İslamabadda keçirilməsi planlaşdırılır. 2026-cı ildə Həcc ziyarətinin əsas mərhələləri mayın 25-29-na təsadüf edir.

Mənbələr bildiriblər ki, hazırda Vaşinqton və Tehran arasında mümkün razılaşmanın yekun mətni üzərində iş aparılır.

Həmçinin Pakistan ordusunun baş qərargah rəisi Asim Munirin cümə günü İrana səfər edərək razılaşmanın son variantını təqdim edə biləcəyi iddia olunur.


Geri dön