Ana Sayfa > Karusel / Region > Paşinyan onu vətənə xəyanətdə ittiham etdi

Paşinyan onu vətənə xəyanətdə ittiham etdi


Dünən, 23:31. Yazar: Admin

pasinyan-onu-vetene-xeyanetde-ittiham-etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən seçkiqabağı təşviqat kampaniyası zamanı müxalif namizəd Andranik Tevanyana qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işinin açılacağını bəyan edib.

Qarabaginfo.az “Armenia Today”ə istinadən xəbər verir ki, hökumət rəhbəri artıq müvafiq materialların hazırlandığını bildirib.

Paşinyan mitinqdəki çıxışında hüquq-mühafizə orqanlarına konkret tapşırıq verdiyini gizlətməyib:

“Sabah Milli Təhlükəsizlik Xidməti müəyyən olunmuş qaydada İstintaq Komitəsinə rəsmi məlumat göndərəcək. Gözləyirik ki, Andranik Tevanyana qarşı vətənə xəyanət maddəsi ilə cinayət işi açılsın”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.


Geri dön