Ana Sayfa > Karusel / Dünya > Uşakov: Putinlə Si Cinpin çay süfrəsində Ukrayna, İran və ABŞ-la münasibətləri müzakirə edəcək

Uşakov: Putinlə Si Cinpin çay süfrəsində Ukrayna, İran və ABŞ-la münasibətləri müzakirə edəcək


Bu gün, 12:13. Yazar: Admin

Çin Xalq Respublikasının Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin

 

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Ukrayna, İran və ABŞ-la münasibətləri müzakirə edəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putinlə Si Cinpin arasında çay süfrəsində beynəlxalq mövzular - Ukrayna, İran, ABŞ-la münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.

Kremlin rəsmisi Çin tərəfinin bütün beynəlxalq problemlərlə maraqlandığını, Pekinin beynəlxalq məsələlərdə çox böyük rol oynadığını vurğulayıb.


Geri dön