"Plastik tullantıların artması ekosistemin pozulmasına səbəb olur".
Qarabaginfo.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Plastik çirklənmə ilə mübarizə: yaşayış üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” sessiyasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, son 15 ildə Azərbaycanda plastik qabların istifadəsi 5 dəfə artıb:
“Dünyada hər il 430 milyondan çox plastik qab istehsal olunur, lakin onun yalnız 10 faizi təkrar emala cəlb edilir. Plastik qab istehsalı atmosferə ciddi ziyan vurur və iqlim dəyişikliyinin güclənməsinə səbəb olur. Məktəb və universitetlərdə bu məsələlərə diqqət yetirilməsi vacibdir. Ölkədə tullantıların idarə olunması ilə bağlı müvafiq agentlik yaradılıb. Azərbaycanda məişət tullantılarının idarə olunması üzrə 2027–2030-cu illəri əhatə edən işlər davam etdirilir. Qlobal çağırışlara cavab vermək və gələcək üçün strateji tədbirlər görmək vacibdir. WUF13 bu məsələyə bir daha diqqət yetirmək üçün mühüm platformadır".