Ana Sayfa > Karusel / Dünya > Qrossi: BƏƏ-dəki AES-ə hücum kütləvi radiasiya yayılmasına səbəb ola bilər

Qrossi: BƏƏ-dəki AES-ə hücum kütləvi radiasiya yayılmasına səbəb ola bilər


Bu gün, 08:20. Yazar: Admin

Rafael Qrossi

 

“Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) “Baraka” Atom Elektrik Stansiyasına birbaşa zərbə kütləvi radioaktiv maddələrin yayılmasına səbəb ola və yüzlərlə kilometr məsafədə əhalinin təxliyəsinə səbəb ola bilər”.

Qarabaginfo.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi deyib.

"Bunu aydın şəkildə bildirmək istəyirəm ki, “Baraka” Atom Elektrik Stansiyasına hücum halında, birbaşa zərbə ətraf mühitə çox böyük miqdarda radiasiya yayılmasına səbəb ola bilər", - o bildirib.

Qrossi dinc nüvə obyektlərinə hücumların qəbuledilməz olduğunu vurğulayıb. O bildirib ki, BAEA zəruri hallarda BƏƏ-yə nüvə təhlükəsizliyi üzrə mütəxəssislər göndərməyə hazırdır.


Geri dön