Ana Sayfa > Karusel / İnfrastruktur > Eldar Əzizov: Bakının yeni Baş Planı çoxmərkəzli inkişaf modelini nəzərdə tutur

Eldar Əzizov: Bakının yeni Baş Planı çoxmərkəzli inkişaf modelini nəzərdə tutur


Bu gün, 16:25. Yazar: Admin

 

Eldar Əzizov kimdir? – Mehmandarovların davamçısı... Pravda.az

Bakının yeni Baş Planına əsasən, paytaxtın gələcək inkişafı çoxmərkəzli, çoxfunksiyalı və komfortlu şəhər modeli əsasında həyata keçiriləcək.

Qarabaginfo.az-ın Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı dəyirmi masasından verdiyi məlumata görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

Onun sözlərinə görə, Bakının yeni Baş Planı iki il əvvəl təsdiqlənib və şəhərin uzunmüddətli inkişaf prioritetlərini müəyyən edir.

Eldar Əzizov qeyd edib ki, sənədə uyğun olaraq paytaxtda yeni parklar, yaşıl koridorlar və müasir küçə konsepsiyaları yaradılır.

O bildirib ki, bu yaxınlarda İslam Səfərli küçəsi yeni formatda şəhər sakinlərinin istifadəsinə verilib. Layihə çərçivəsində küçə ilə park vahid məkanda birləşdirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sözlərinə görə, bu yanaşmanın digər küçə və ictimai məkanlarda da tətbiqi nəzərdə tutulur.


Geri dön