Gələn həftə Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq.
Qarabaginfo.az 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, növbəti həftə ölkədə 2 bayram qeyd ediləcək.
Belə ki, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür.
Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşdüyündən, Əmək Məcəlləsinə əsasən, mayın 29-u da qeyri-iş günü olacaq. Bununla da, 27, 28, 29 may, həmçinin həftəsonu - 30, 31 may tarixləri qeyri-iş günüdür.
İyunun 1-i Azərbaycanda növbəti iş günü olacaq.