Ana Sayfa > Karusel / Sosial > Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb

Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb


25-01-2021, 19:14. Yazar: Admin

Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb - FOTO - VİDEO

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.

Qarabaginfo.az xəbər verir ki, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.

Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.  

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

FHN-dən verilən məlumata görə, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. 

Axtarış-xilasetmə işləri davam edir.

Hadisənin səbəbləri dəqiqləşdirilir.

 

 

 


Geri dön