Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 50,2 milyon ABŞ dolları dəyərində 1 458 ədəd minik avtomobili idxal edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.
Ötən ilin eyni dövrünə nisbətdə avtomobil tədarükü dəyər baxımından 37,18%, miqdar baxımından isə 2 dəfəyə yaxın azalıb.
Hesabat dövründə Gürcüstandan ümumilikdə 537,3 milyon ABŞ dolları dəyərində 20 994 ədəd minik avtomobili ixraca yönəldilib ki, bunun da 6,94%-i Azərbaycanın payına düşüb.