Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan Gürcüstan məhsullarının idxalını 20%-dən çox artırıb

Azərbaycan Gürcüstan məhsullarının idxalını 20%-dən çox artırıb


Bu gün, 12:20. Yazar: Admin

Azərbaycan Gürcüstan məhsullarının idxalını 20%-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Gürcüstandan idxal etdiyi yerli məhsulların dəyəri 47,9 milyon ABŞ dolları təşkil edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycan Gürcüstan məhsullarının tədarükünü 20,8% artırıb.

Azərbaycan 3,1% payla qonşu ölkənin yerli məhsul üzrə ixrac tərəfdaşlarının ilk onluğunda doqquzuncu yeri tutub.

Hesabat dövründə Gürcüstandan ixrac edilmiş yerli məhsulların ümumi dəyəri 2,44 milyard ABŞ dollarına bərabər olub ki, bu da illik müqayisədə 21,1% çoxdur.

Ən çox ixrac olunmuş yerli məhsulların ilk onluğunda neft və neft yağları, qiymətli metal filizləri və konsentratları, ferroərintilər, mis filizləri və konsentratları, təzə üzüm şərabı, şəkərsiz təbii və ya süni mineral və qazlı sular, şəkər əlavə edilmiş mineral və qazlı sular, qoz-fındıq, qızıl və spirtli içkilər yer alıb.


Geri dön