Ana Sayfa > Karusel / Siyasət > BMT-nin Ali Komissarı: Mənzil kommersiya alətinə çevrilməməlidir

BMT-nin Ali Komissarı: Mənzil kommersiya alətinə çevrilməməlidir


Bu gün, 10:35. Yazar: Admin

MT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk

 

Mənzil insan hüququ kimi qəbul edilməli, kommersiya alətinə çevrilməməlidir.

Qarabaginfo.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” adlı sessiyaya videomüraciətində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk deyib.

Onun sözlərinə görə, hazırda dünyada milyardlarla insan təhlükəsiz olmayan, sağlamlıq üçün risk yaradan və ya itirmək təhlükəsi ilə üzləşdiyi mənzillərdə yaşayır.

Volker Türk bildirib ki, şəhərlərdə məcburi köçürmələr, yaşayış xərclərinin artması, münasib qiymətə mənzil çatışmazlığı və evsizliyin artması qlobal miqyasda dərin mənzil böhranının göstəricisidir.

Ali Komissar qeyd edib ki, iqlim dəyişiklikləri, müharibələr və iri inkişaf layihələri milyonlarla insanı yaşayış yerini tərk etməyə məcbur edir. Onun sözlərinə görə, qadınlar, uşaqlar və yoxsulluq şəraitində yaşayan insanlar bu böhrandan ən çox zərər görən qruplardır.

Volker Türk vurğulayıb ki, mənzil bazar şərtlərinin ixtiyarına buraxılmamalı, insan hüququ kimi qəbul edilməlidir. O qeyd edib ki, Barselona, Vyana, Montevideo və Medellin kimi şəhərlərdə insanyönümlü mənzil siyasətləri uğurlu nəticələr verir.

Ali Komissarın sözlərinə görə, karbon neytral və ekstremal hava hadisələrinə davamlı mənzillərin tikintisi gələcək onilliklərin əsas prioritetlərindən biri olacaq.

“İnsan hüquqlarına əsaslanan yanaşma sayəsində daha inklüziv, dayanıqlı və davamlı şəhərlər qurmaq mümkündür”, – Volker Türk əlavə edib.


Geri dön