Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Misir Ərəb Respublikasının təhsil və texniki təhsil naziri Mohamed Abdel Latif ilə görüşüb.
Bu barədə Qarabaginfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı tərəflər təhsil sahəsində əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb. Eyni zamanda mövcud əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.