Ana Sayfa > Karusel / Siyasət > Deputat Ülvi Quliyev böyük maliyyə gücünə sahiblənir - 25 gündə 66,4 milyon manatlıq layihələr və...

Deputat Ülvi Quliyev böyük maliyyə gücünə sahiblənir - 25 gündə 66,4 milyon manatlıq layihələr və...


Bu gün, 17:11. Yazar: Admin

Deputat Ülvi Quliyev böyük maliyyə gücünə sahiblənir - 25 gündə 66,4 milyon manatlıq layihələr və...

 

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Diler İnşaat” QSC (VÖEN – 1403566801) olub.

Qarabaginfo.az Yeniavaz.com-a istinadla xəbər verir ki, “Diler İnşaat” QSC son 25 gündə Qoruq İdarəsinin keçirdiyi 3-cü tender müsabiqəsində qalib olur.

Qoruq İdarəsi Şuşa şəhərində D-3 massivində yerləşən 2-ci mərhələ üzrə tikintisi nəzərdə tutulan 7 (yeddi) yeni yaşayış binasının tikintisi və ərazinin abadlaşdırlması işlərinin satın alınmasına görə “Diler İnşaat” QSC-yə 29 milyon 373 min 906 manat 67 qəpik ödəyəcək.

Bundan başqa, İdarə “Diler İnşaat” QSC-yə Şuşa şəhərində D-5 massivində 2-ci mərhələ 8 ədəd (9, 10, 11, 12, 13, 14, 15 və 16 nöm. binalar xidmətedici və yardımçı (köməkçi) təyinatlı obyektlər, abadlıq və s.) 4 mərtəbəli yaşayış binalarının tikinti işləri  üçün 24 milyon 76 min 360 manat 11 qəpik, həmçinin Şuşa şəhəri, D-5 massivində 1-ci mərhələdə tikintisi nəzərdə tutulan 6 ədəd (1,2,3,4,5 və 6 nömrəli binalar) 4 mərtəbəli yaşayış binalarının tikinti işləri üçün 12 milyon 984 min 241 manat 14 qəpik ödəyəcək.

Qeyd edək ki, son 25 gündə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin 66,4 milyon manatlıq tender müsabiqələrinin qalibi olan “Diler İnşaat” QSC 28 oktyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşən QSC-nin nizamnamə kapitalı 2010 manat təşkil edir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.

Onu da bildirək ki, “Diler İnşaat” QSC-nin sahibi millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadədir.

Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatı olan Ülvi Quliyev eyni zamanda Azərbaycan Karate Federasiyasının prezidenti, karate idman növü üzrə 8-ci dan qara kəmər sahibidir.

Quliyevlərin Bakıda onlarla biznes ahələri və daşınmaz əmlakllar da var.


Geri dön