Bakı özündə orijinallıq və modernləşmənin harmonik vəhdətini əks etdirir.
Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi bildirib.
“Bu mühüm BMT tədbirində bir araya gəlməyimiz münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan dövlətinə və xalqına Dünya Şəhər Forumunun 13-cü sessiyasına Bakı şəhərində ev sahibliyi etdiklərinə görə səmimi təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Bakı şəhəri özündə orijinallıq və modernləşmənin, irs və urban inkişaf modelinin gələcəyə yönəlmiş baxışının harmonik vəhdətini əks etdirən nümunədir. Eyni zamanda UN-Habitata şəhər icmalarının üzləşdiyi çağırışların həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün göstərdiyi davamlı səylərə görə təşəkkürümüzü bildiririk”, - Məhəmməd Yunis Əl-Mənfi qeyd edib.