İran yeni 14 maddəlik mətnini Pakistan vasitəsilə təqdim edib.
Qarabaginfo.az-ın məlumatına görə, “Tasnim” agentliyi yazıb ki, İran yeni mətnini Pakistan vasitəsilə ötürüb və vasitəçi tərəf bunu ABŞ-a çatdıracaq.
Məlumata əsasən, ABŞ son vaxtlar İranın əvvəlki 14 maddəlik mətninə cavab olaraq öz sənədini göndərmişdi. İran da son dönəmlərdə aparılan mesaj mübadiləsi çərçivəsində öz mətnini yenidən redaktə edərək 14 maddə şəklində Pakistan vasitəsilə təqdim edib.
“Tasnim” əlavə edib ki, İranın yeni mətni müharibənin dayandırılması ilə bağlı danışıqlar və ABŞ tərəfinin etimad tədbirləri üzərində cəmlənib.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirdiyi mətbuat konfransında Tehran və Vaşinqton arasında danışıqların Pakistan vasitəçisi ilə davam etdiyini və İranın hazırda müharibəyə son qoyulmasına fokuslandığını bildirib.