Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanla Keniya arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Keniya arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib


Bu gün, 13:23. Yazar: Admin

Azərbaycanla Keniya arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəf Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto ilə görüşüb.

Bu braədə Qarabaginfo.az-a SOCAR-dan bildirilib.

Məlumata görə, görüşdə Keniya Prezidentinə SOCAR-ın strateji hədəfləri, Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi enerji layihələri barədə ətraflı məlumat verilib.

Söhbət zamanı enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib, insan kapitalının inkişafı, təcrübə mübadilələrinin aparılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Geri dön