Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb

Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb


Bu gün, 13:18. Yazar: Admin

Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Qarabaginfo.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici Azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel ayında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 17 milyard 403 milyon 345.14 min ABŞ dolları təşkil edib.


Geri dön