Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zelenskinin Ofisinin sabiq rəhbəri Yermak 3,1 mln. dollar girov müqabilində azadlığa buraxılacaq
Ana Sayfa > Karusel / Dünya > Zelenskinin Ofisinin sabiq rəhbəri Yermak 3,1 mln. dollar girov müqabilində azadlığa buraxılacaq

Zelenskinin Ofisinin sabiq rəhbəri Yermak 3,1 mln. dollar girov müqabilində azadlığa buraxılacaq


Bu gün, 11:17. Yazar: Admin

Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak

 

Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak üçün 140 milyon qrivna məbləğində girov qoyulub.

Bu barədə “UNIAN“ın müxbirinə Ali Antikorrupsiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Məhkəmədən bildirilib ki, bu gün Yermak girov qoyulması ilə əlaqədar həbsdən azad edilməlidir.

Andrey Yermak mayın 14-dən istintaq təcridxanasındadır.

Yermak istintaq təcridxanasından buraxıldıqdan sonra hər bir tələb üzrə müstəntiqə müraciət etməli, yaşayış yerinin və ya iş yerinin dəyişdirilməsi barədə məlumat verməli, Kiyevdən ayrılmamalı, pasportlarını təhvil verməli, şübhəli və şahidlərlə ünsiyyətdən çəkinməlidir, eyni zamanda, elektron qolbaq taxmalıdır.

Qeyd edək ki, Ukrayna məhkəməsi Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermakı 60 gün müddətinə həbs edib. Yermak Kiyev yaxınlığında elit tikinti zamanı çirkli pulların yuyulması işində təqsirli bilinir.

Məhkəmə 140 milyon qrivna (təxminən 3,1 milyon dollar) məbləğində girov təyin edib.


Geri dön