Moskvada iki gün davam edən leysan yağışlar subasmalara səbəb olub.
Qarabaginfo.az xəbər verir ki, 17-18 may tarixlərində Moskvada iki gün davam edən leysan yağışlar nəticəsində şəhərin müəyyən ərazilərini su basıb.
Sinoptiklərin məlumatına görə, tarixi maksimum qeydə alınıb. Belə ki, göstərici 1904-cü ildə qeydə alınan səviyyəni keçib. VDNX (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzi) stansiyasına aylıq orta göstəricinin yarısından çoxu - 34 mm yağıntı düşüb.
Digər ərazilərdəki sakinlər də intensiv yağış səbəbindən problemlərlə üzləşiblər. Moskva vilayətinin Dolqoprudnıy şəhərində 25 mm, Nemçinovka və Novo-Yerusəlimdə isə 19 mm yağıntı qeydə alınıb.
Şəhər infrastrukturu həddindən artıq yüklənmə ilə işləyib.
Moskvada "Botaniçeskiy Sad" adlanan ərazinin yaxınlığında avtomobillər su altında qalıb.
Qeyd edək ki, bu ilin mart-aprel aylarında Dağıstanda güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri təxminən 8000 evə ziyan vurub. Leysan yağışlar Çeçenistanda da ciddi problemlər yaradıb.