Ana Sayfa > Karusel / Dünya > Çin nadir metallarla bağlı qadağaları ləğv edəcək

Çin nadir metallarla bağlı qadağaları ləğv edəcək


Bu gün, 08:46. Yazar: Admin

 

Çin nadir torpaq metalları sektorunda tətbiq olunan məhdudiyyət və qadağaların aradan qaldırılması istiqamətində addımlar atacaq.

Bu barədə Ağ Evin rəsmi saytında yayımlanan bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, Çin nadir torpaq metalları sahəsində təchizat zəncirində yaranmış problemlərlə bağlı ABŞ-nin narahatlıqlarının aradan qaldırılması üçün tədbirlər görəcək. Eyni zamanda, nadir torpaq metal məhsullarının, eləcə də onların emalı üçün avadanlıq və texnologiyaların satışına tətbiq edilən qadağa və məhdudiyyətlərlə bağlı ABŞ tərəfinin narahatlıqlarını da nəzərə alacaq.

Ağ Ev, həmçinin Çinin Amerikanın “Boeing” şirkətindən 200 təyyarə alacağını təsdiqləyib.


Geri dön