Ana Sayfa > Karusel / Dünya > Samir Şərifov Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə görüşüb

Samir Şərifov Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə görüşüb


Bu gün, 13:44. Yazar: Admin

Samir Şərifov Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə görüşüb

Bu gün Baş nazirin müavini, Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı Birgə hökumətlərarası Komissiyanın həmsədri Samir Şərifov Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasında Səudiyyə iştirak üçün Bakıya gəlmiş nümayəndə heyətinin rəhbəri, Bələdiyyələr və mənzil naziri Məcid bin Abdullah əl-Hogaili ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, görüş zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsindən və Səudiyyə Ərəbistanının Forumda iştirakından məmnunluq ifadə olunub.

Bildirilib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib. Müasir şəhərsalmaya dair məsələlər və Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi münasibətlərin perspektivinə dair fikir mübadiləsi aparılıb.


Geri dön