Ana Sayfa > Karusel / Təhsil > Maksimum balı təkcə o topladı - Foto

Maksimum balı təkcə o topladı - Foto


15-05-2026, 17:31. Yazar: Admin

maksimum-bali-tekce-o-topladi

Məlum olduğu kimi, bu gün aprelin 19-da keçirilən imtahanların nəticələri açıqlanıb. 

Qarabaginfo.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 11-ci siniflərin buraxılış imtahanında cəmi bir nəfər ən yüksək nəticəni göstərib.

Bu, Naxçıvanın Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbinin cari il məzunu Babazadə Ayxan Asiman oğludur. O, imtahanda maksimal - 300 bal toplayıb.

Qeyd edək ki, A.Babazadə iki il əvvəl IX sinif buraxılış imtahanlarında da yüksək nəticə göstərib və rayon birincisi olub.


Geri dön