İran razılaşmanın əldə olunacağına ümid edir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Tehran və Vaşinqton arasında mesaj mübadiləsi aşağı tempdə davam edir.
Əraqçi ABŞ-ı “həmişə danışıqların sonunda öz məqsədini dəyişmək”də ittiham edib.
O, həmçinin müharibənin yenidən başlama ehtimalının mövcud olduğunu və İranın həm müharibə, həm də danışıqlara hazır olduğunu vurğulayıb.